Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyaya səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi “Telegram” kanalında məlumat yayıb.

Sergey Lavrovun 17-21 aprel tarixlərində Latın Amerikası turu çərçivəsində ilk olaraq Braziliyaya getdiyi bildirilib

Rusiyalı nazirin Braziliyanın ali rəhbərliyi tərəfindən qəbulu gözlənilir və səfər çərçivəsində, eyni zamanda braziliyalı həmkarı Mauro Vieyra ilə görüşəcək.

Qeyd edək ki, Rusiya və Braziliya XİN rəhbərləri sonuncu dəfə ötən ay Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüblər.

Elvin Mahmudlu
Leqal.info