ABŞ, Böyük Britaniya və Kanada səfirləri ilə Rusiya Xarici İşlər Nazirliyində söhbət sərt tonda baş tutub.

Leqal.info xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Dünən onlar Xarici İşlər Nazirliyinə çağırılmışdılar, onlara hər şey izah olunub, özü də sərt tonda... " deyə Rusiya XİN sözçüsü qeyd edib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Kanada səfirləri ötən gün “Rusiyanın daxili işlərinə kobud müdaxilə” və diplomatik statusa zidd fəaliyyətlə əlaqədar Rusiya XİN-ə çağırılıb.

Belə ki, səfirlər Vladimir Kara-Murza haqqında məhkəmə hökmü ilə bağlı tənqidlər səsləndiriblər.

Leyla Kamil
Leqal.info