Leqal.info xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Böyük Britaniya bu gün Moskva məhkəməsində Britaniya vətəndaşı Vladimir Kara-Murzanın siyasi motivli mühakiməsini və həbsini pisləyir. Vladimir Kara-Murza Rusiyada müxalif siyasətçi, jurnalist və insan haqları müdafiəçisidir və Vatslav Havel İnsan Haqları Mükafatı qazanıb, onun fəaliyyəti geniş tanınıb. Cənab Kara-Murzanın həbs olunması Rusiyanın insan hüquqları, habelə ədalətli mühakimə hüququ ilə bağlı beynəlxalq öhdəliklərinə zidd hesab olunur", Böyük Britaniya XİN bildirib.
"Vladimir Kara-Murza Rusiyanın Ukraynaya təcavüzünü cəsarətlə pisləyib - bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Rusiyanın əsas insan haqlarını, eləcə də ifadə azadlığını qorumaq öhdəliyinin olmaması narahatedicidir. Biz Rusiyanı beynəlxalq öhdəliklərinə, həmçinin Vladimir Kara-Murzanın lazımi tibbi xidmət hüququnun təminatına riayət etməyə çağırırıq. Böyük Britaniya Kara-Murzanı dəstəkləməyə və onun dərhal azad edilməsinə çağırışına davam edəcək", - Böyük Britaniya XİN başçısı Ceyms Kleverli vurğulayıb.
Elvin Mahmudlu
Leqal.info