ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson Azərbaycana səfər edib.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson aprelin 19-21-də Azərbaycanda səfərdə olacaq.

Amerikalı diplomatın Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və digər hökumət rəsmiləri ilə görüşəcəyi səfirlik tərəfindən bildirilib.

"Dövlət katibinin köməkçisinin müavini Olson ABŞ-nın Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq. Regiona səfəri zamanı o, eyni zamanda Ermənistan və Gürcüstana səfər edib. Xanım Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün başlıca maraqlı tərəflərlə görüşür", - səfirliyin məlumatında qeyd olunub.

Elvin Mahmudlu
Leqal.info