İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani arasında telefon danışığı baş tutub.


Leqal.info xəbər verir ki, telefon danışığı zamanı Qətər XİN rəhbəri iranlı həmkarının Ramazan bayramını təbrik edib.

Tərəflər qarşılıqlı əməkdaşlığın gücləndirilməsini vurğulayaraq, iki ölkənin regional və beynəlxalq müstəvidə maraq kəsb etdiyi mövzuları, habelə Ukraynadakı prosesləri və sanksiyaların aradan qaldırılması məqsədilə aparılan danışıqları müzakirə ediblər.

Leyla Kamil
Leqal.info