“Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan etibarlı tərəfdaşdır”.

Leqal.info xəbər verir ki, bunu Bolqarıstan Prezidenti Rumen Radev “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində söyləyib.

R. Radevin sözlərinə görə, memorandumun imzalanması mühüm nailiyyət, eyni zamanda Azərbaycan ilə Bolqarıstan arasında uzunmüddətli və dayanıqlı əlaqələrin göstəricisidir.

"Bolqarıstan sazişlərə uyğun olaraq Azərbaycandan lazımi həcmdə təbii qaz alır. Azərbaycan həm də Avropa İttifaqının (Aİ) mühüm və etibarlı tərəfdaşıdır", - Bolqarıstan Prezidenti vurğulayıb.

Leyla Kamil
Leqal.info