Ermənistanın baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.

Leqal.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidmətindən bildirilib.

Tərəflər Cənubi Qafqazdakı hazırki vəziyyəti müzakirə ediblər.

N.Paşinyan və Ş.Mişel Ermənistan və Azərbaycan arasında aparılan danışıqların gedişatı ilə bağlı müzakirələr aparıblar. Regionda sülh və sabitliyin təmin edilməsi üçün ardıcıl səylərin vacibliyi qeyd olunub.

Leyla Kamil
Leqal.info