Leqal.info xəbər verir ki, Azərbaycanın NATO-dakı missiyasının “Tvitter” paylaşımında belə qeyd edilib:
“Bundan 29 il öncə Ümummilli lider Heydər Əliyev Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədini imzalayaraq Azərbaycan və NATO arasında qarşılıqlı faydalı tərəfdaşlığın əsasını qoyub. Keçən üç onillik ərzində Azərbaycan-NATO tərəfdaşlığı Sülh Naminə Tərəfdaşlıq çərçivə sənədinin məqsəd və prinsiplərinə uyğun nəzərəçarpan tərəqqi əldə edib”, - deyə paylaşımda bildirilib.
Leyla Kamil
Leqal.info