Tbilisidə səfərdə olan Portuqaliyanın müdafiə naziri Helena Karreiras gürcüstanlı həmkarı Cuanşer Burçuladze ilə görüşüb.

Leqal.info xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Bildirilib ki, tərəflər beynəlxalq təhlükəsizlik məsələlərini, cari məsələləri, o cümlədən Gürcüstanın Avro-Atlantik inteqrasiyasını müzakirə ediblər.

Görüş çərçivəsində nazirlər iki ölkənin müdafiə nazirlikləri arasında qarşlıqlı əməkdaşlığa dair sənədi imzalayıblar. Tərəflər ikitərəfli əlaqələrin inkişaf etdirilməsində razılaşıblar.

Məlumatda bu səfərin Portuqalliya müdafiə nazirinin müstəqillik tarixində Gürcüstana ilk səfəri olduğu qeyd olunub.

Elvin Mahmudlu
Leqal.info