Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla görüşüb.


Leqal.info xəbər verir ki, bu barədə səfir "Twitter" səhifəsində məlumat yayıb.

“Knessetin deputatı və İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vladimir Beliakla məhsuldar görüş olub. İkitərəfli əlaqələrimiz müzakirə olundu və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulandı” – deyə səfir bildirib.

Elvin Mahmudlu
Leqal.info