Leqal.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
Nazir bildirib ki, seçkilər əslində ölkənin sabitliyi üçün əhəmiyyətlidir: “Türkiyədə seçkilər hər zaman şəffaf olub. Xarici müşahidəçilər də artıq Türkiyədədir”.
Çavuşoğlu CHP rəhbəri Kamal Kılıçdaroğlunun “Rusiya seçkilərə müdaxilə edəcək” iddiasına da münasibət bildirib: “Dünən də Kılıçdaroğlunun belə iddiaları var idi. Əvvəlcədən müdaxilə varmış kimi bir abu-hava yaratmaq qəbuledilməzdir. Biz seçkilərə nə Qərbin, nə də Rusiyanın qarışmasını istəyirik. Qarışa da bilməz. Nəticədə qərarı xalqımız verəcək”.
Elvin Mahmudlu
Leqal.info