“Cümhur İttifaqı” olaraq, ölkəmizin ən gərgin seçkilərinin ilk sınağından, Allaha həmd olsun ki, uğurla çıxdıq.

Leqal.info xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter“ hesabında paylaşıb.

Ərdoğan seçki zamanı təxribatlara yol vermədən, təzyiqlərə məhəl qoymadan, çətinliklər qarşısında təslim olmadan mübarizə apardıqlarını qeyd edib: “İndi isə 14 mayda əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır”.

Prezident 28 may tarixinin “Türkiyə yüz ili”nin müjdəçisi olacağını söyləyib: “Türkiyə bizdən xidmət gözləyir, hərəkət gözləyir, millətimiz bizdən onu hədəfləri ilə bir araya gətirməyi gözləyir. Zəlzələdən zərərçəkənlərimiz yaralarının tezliklə sağalmasını gözləyirlər”.

Leyla Kamil
Leqal.info