Hazırda NATO və Azərbaycan arasında yeni Daimi Nümayəndələrin Müavinləri Komitəsi formatında (DNMK) enerji təhlükəsizliyi dialoqu keçirilir.

Leqal.info xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasının rəhbəri Cəfər Hüseynzadə "Twitter" də bildirib.

O qeyd edib ki, Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov dialoqda iştirak etmək məqsədilə hazırda NATO-nun Baş Qərargahındadır.

Bundan başqa, o qeyd edib ki, Elnur Soltanov DNMK formatı çərçivəsində müttəfiqlərlə, eləcə də NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina, habelə NATO-nun Enerji Təhlükəsizliyi Bölməsinin rəhbəri Maykl Rüle ilə görüşəcək.

Leyla Kamil
Leqal.info