Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

Leqal.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının İslandiyanın paytaxtı Reykyavikdə keçirilən sammiti çərçivəsində çıxışı zamanı söyləyib.

Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına toxunaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin son bəyanatını xatırladıb.

Nikol Paşinyanın sözlərinə əsasən, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 min və 86,6 min kvadrat kilometr çərçivəsində bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır.

Leyla Kamil
Leqal.info