Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində nəzərəçarpacaq nəticə yoxdur. Eyni zamanda, ölkələr arasında müəyyən razılaşmalar da əldə olunub.

Leqal.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT PA-nın Minskdə keçirilən şura iclasında bildirib.

O, eyni zamanda qeyd edib ki, bir çox məsələlər hələ də həll olunmamış qalır və normallaşma prosesinin özü də ilkin şərtsiz olmalıdır.

“Regionda sülhün bərqərar olması Ermənistanın əsas məqsədidir”, - o söyləyib.

Leqal.info