Leqal.info xəbər verir ki, bu məlumat bazar günü Ağ Evin saytında dərc olunub.
“Liderlər üçtərəfli əməkdaşlığın gücləndirilməsi yollarını, eləcə də KXDR-dən gələn qeyri-qanuni nüvə və raket təhdidləri ilə mübarizə, habelə Hind-Sakit okean regionunda iqtisadi təhlükəsizlik və strategiyaların həyata keçirilməsi sahəsində əməkdaşlığı müzakirə ediblər” - bəyanatda deyilir.
Bayden, eyni zamanda Cənubi Koreya prezidentinin və Yaponiya baş nazirinin ölkələri arasında ikitərəfli münasibətləri yaxşılaşdırmaq üçün "cəsarətli səylərini" yüksək qiymətləndirərək, bu addımların üçtərəfli əməkdaşlığa və Hind-Sakit okean regionuna müsbət təsir etdiyini qeyd edib.
Leqal.info