Yaponiya, ABŞ VƏ Cənubi Koreya liderləri 19-21 mayda Xirosimada G-7 sammiti çərçivəsində üçtərəfli danışıqlar aparacaq.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bunu bu gün Yaponiya Baş naziri Fumio Kisida Cənubi Koreya Prezidenti Yun Sok Yolyemlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Fumio Kisida qeyd edib ki, Yaponiya və Cənubi Koreya həm ikitərəfli, həm də ABŞ-ın iştirakı ilə üçtərəfli səviyyədə əməkdaşlığı möhkəmləndirməyə davam edəcək.

Cənubi Koreya Prezidenti isə bildirib ki, Fumio Kisida ilə birgə 1945-ci ildə ABŞ-ın atom bombası atması nəticəsində ölənlərin xatirəsinə həsr olunmuş abidəni ziyarət etmək ilə bağlı razılığa gəliblər.

Leqal.info