Moskvada Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası başlayıb.

Leqal.info xəbər verir ki, Kremldə keçirilən iclasda Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

O, daha sonra Şuranın geniş tərkibdə iclasının keçiriləcəyini bildirib.

Geniş tərkibdə iclasda qonaq qismində Azərbaycan Prezidenti İlham Əliyevin iştirak edəcəyi qeyd olunub.

O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və Tacikistan Prezidenti Emomali Rahmonun isə qonaq qismində videokonfrans vasitəsilə iclasa qatılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir. Səfər çərçivəsində Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə ikitərəfli və Azərbaycan-Rusiya-Ermənistan formatında üçtərəfli görüşləri də planlaşdırılıb.

Leyla Kamil
Leqal.info