Türkiyə Böyük Millət Məclisi (TBMM) sabahdan fəaliyyətə başlayır.

Leqal.info xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Dövlət Baxçalının sədrliyi ilə 28-ci çağırış ölkə parlamentinin deputatlarının andiçmə mərasiminin sabah keçiriləcəyi qeyd olunub.

Qeyd edək ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 3 iyunda and içəcəyi bildirilib.

Leyla Kamil
Leqal.info