Rusiya Federasiyası və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Sergey Lavrov və Feysəl bin Fərhan Əl-Səud arasında görüş keçirilib.

Leqal.info xəbər verir ki, görüş Keyptaunda BRİCS Xarici İşlər Nazirləri toplantısı çərçivəsində baş tutub.

BRİCS XİN rəhbərlərinin toplantısı çərçivəsində Lavrov Hindistan və CAR-dan olan həmkarları ilə görüşüb.

Qeyd edək ki, BRİCS təşkilatı 2006-cı ilin iyun ayında Peterburq Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində təsis edilib. Dövlətlərarası birlik, ittifaq olan təşkilata Braziliya, Rusiya, Hindistan, Çin və CAR daxildir.

Leyla Kamil
Leqal.info