Yunanıstanın müvəqqəti xarici işlər naziri Vasilis Kaskarelisin iyunun 3-də Ankaraya səfəri planlaşdırılır.

Leqal.info xəbər verir ki, bu barədə Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Kaskarelis yenidən Türkiyə prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Yunanıstan hökumətini təmsil etmək üçün dəvət olunub.

Kaskarelis Rəcəb Tayyib Ərdoğanın təşkil etdiyi və müxtəlif xarici hökumətlərin nümayəndələrinin də qatılacağı naharda iştirak edəcək.

Leqal.info