Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə səfər edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyasının (Ak Orda) mətbuat xidməti məlumat yayıb.

Tokayevin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 3 iyunda bu ölkəyə işgüzar səfərə yola düşəcəyi və səfər çərçivəsində Qazaxıstan dövlət başçısının Türkiyə Prezidentinin andiçmə mərasimində iştirak edəcəyi bildirilib.

Elvin Mahmudlu
Leqal.info