Pentaqonun məxfi sənədlərinin "sızması" kifayət qədər maraqlıdır, onların hamısı öyrənilir və təhlil edilir.

Leqal.info xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, sızdırılan məlumatlar kifayət qədər maraqlıdır, onların hamısı öyrənilir, təhlil edilir, geniş müzakirə olunur.

Bu “sızmalarda” Rusiyanın əli olması ilə bağlı iddiaları şərh edən Kremlin sözçüsü hər şeydə Rusiyanı günahlandırmaq meylinin ümumi xəstəlik olduğunu söyləyib.

“Xeyr, mən bunu heç bir şəkildə şərh edə bilmərəm, bilirik ki, bu, əslində, Rusiyanı hər şeydə, hər zaman və hər yerdə təqsirləndirmək və hər şeyi Rusiyanın üzərinə atmaq meylidir və ümumi bir xəstəlikdir. Ona görə də indi şərh edəcək heç nə yoxdur”, - deyə Peskov qeyd edib.

Leyla Kamil
Leqal.info