Ermənistan və Azərbaycan arasında münaqişənin həlli hər iki tərəf üçün sərfəli olmalıdır.

Leqal.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib.

Belarus dövlət başçısı qeyd edib ki, KTMT məkanında münaqişələrdən, xüsusilə, silahlı münaqişələrdən uzaqlaşmaq lazımdır: “Bunlardan biri də Ermənistanla Azərbaycan arasındakı münaqişədir. Səbr və problemin həllini tapmaq cəhdləri həm Ermənistana, həm də Azərbaycana sərfəli olmalıdır”, - Lukaşenko diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info