Leqal.info xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məlumat verib.
“Rəsmi Pekin Kubadakı bazadan ABŞ-a qarşı casusluqla bağlı istifadə olunması xəbərlərini də təkzib edir”,- Venbin qeyd edib.
Qeyd edək ki, bir sıra KİV-də ABŞ Prezident Administrasiyasındakı mənbələrə istinadən, Entoni Blinkenin iyunun 18-də Çinə səfərə hazırlaşması barədə xəbərlər yayılıb.
Blinkenin səfəri fevral ayına planlaşdırılırdı və sonradan ABŞ-ın hava məkanında raketlə vurulan Çinə məxsus hava şarı ilə əlaqədar insident səbəbindən səfər həyata keçmədi.
Elvin Mahmudlu
Leqal.info