Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (Joint Comprehensive Plan of Action - JCPOA) bərpası ilə bağlı gizli danışıqlar apardığını istisna etməyib.

Leqal.info xəbər verir ki, bu barədə Sergey Ryabkov jurnalistlərə müsahibəsi zamanı TASS-ın müxbirinə bildirib.

“Bütün sirlər bir gün açılacaq, bu, aydın məsələdir. Biz keçmişdə də ABŞ və İranın qapalı rejimdə bir-birilə dolayı yollarla görüşlər keçirdiyini görmüşük. Belə təmasların indi də baş verdiyini istisna etmək olmaz”, - Ryabkov diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info