İranın Rusiyadan üz çevirə biləcəyi ilə bağlı heç bir siqnal yoxdur.

Leqal.info xəbər verir ki, bunu TASS-a Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin söyləyib.

"Rusiya və İranın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətindən danışsaq, bu qarşılıqlı fəaliyyət yaxşı səviyyədədir. Ötən ilin sonunda orada idim. Böyük, məzmunlu görüşlər keçirildi ki, bu da digər məsələlərlə yanaşı, məzmunlu qarşılıqlı fəaliyyət ilə nəticələndi. Müavinim İranda ezamiyyətdə olub, yaxşı iş görülüb”.

Narışkin Rusiya ilə Türkiyə arasında xüsusi xidmət orqanları səviyyəsində əməkdaşlıq barədə danışıb və vurğulayıb ki, Moskva və Ankaranın xüsusi xidmət orqanları vasitəsilə etibarlı rabitə kanalı var.

Elvin Mahmudlu
Leqal.info