Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Rusiyada "Vaqner" qrupu və Müdafiə Nazirliyi arasında yaranmış açıq qarşıdurmaya münasibət bildirib.

Leqal.info xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti "Twitter" hesabında paylaşım edib.

"Rusiyada olanları diqqətlə izləyirəm. Avropa liderləri və G7 tərəfdaşları ilə əlaqədəyəm. Bu, tamamilə Rusiyanın daxili məsələsidir. Bizim Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır", Şarl Mişel qeyd edib.

Leyla Kamil
Leqal.info