Avropa İttifaqının (Aİ) sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sallivan bu gün Tbilisiyə səfər edəcək.

Leqal.info xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, David O'Sallivan iki günlük səfər çərçivəsində Gürcüstan hakimiyyəti ilə ümumi maraq doğuran məsələləri, xüsusilə də sanksiyaları və onların effektiv tətbiqini müzakirə edəcək.

Səfərin məqsədinin birbaşa rabitə kanalı açmaq və gələcək əməkdaşlığa yönəlmiş dialoq qurmaq olduğu qeyd olunub.

Məlumata əsasən, Gürcüstan hökuməti aidiyyəti məsələlərlə əlaqədar əməkdaşlığa hazırlığını ifadə edib.

David O'Sallivanın Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, xarici işlər naziri İliya Darçiaşvili, baş nazirin müavini və iqtisadiyyat naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, Milli Bankın prezidenti vəzifəsini icra edən Arçil Mestvirişvili, baş prokuror İrakli Şotadze, eləcə də biznes nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Leyla Kamil
Leqal.info