Rusiya Prezidenti Vladimir Putin Qətər əmiri Təmim bin Həməd Al Tani ilə telefon danışığı aparıb.

Leqal.info Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qətər tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı əsnasında tərəflər Rusiya-Qətər əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək , onun müxtəlif sahələrdə daha da möhkəmləndirilməsində qarşılıqlı marağı təsdiqləyiblər.

Bu kontekstdə Qətərin Nazirlər Şurasının sədri, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani tərəfindən keçən həftə Rusiyaya səfərinin nəticələri müsbət qiymətləndirilib.

Qətər əmiri 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinin hərəkətlərini dəstəklədiyini bildirib.

Vladimir Putin Təmim bin Həməd Al Tanini taxta çıxmasının 10 illiyi, həmçinin qarşıdan gələn Qurban bayramı münasibətilə ürəkdən təbrik edib.

Əlaqələrin davam etdirilməsi ilə bağlı razılığa gəlinib.

Elvin Mahmudlu
Leqal.info