Polşa Prezidenti Andjey Duda Ukraynanın paytaxtı Kiyevə gedib.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qeyd olunub ki, səfər öncədən elan edilməyib.

Polşa dövlət başçısı ilə Ukrayna lideri Vladimir Zelenski və Ukraynanın yüksək vəzifəli şəxsləri arasında görüş planlaşdırılır.

Elvin Mahmudlu
Leqal.info