Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda aparılan müzakirələrinin axırıncı günüdür.

Leqal.info ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, danışıqları axırıncı günündə ABŞ dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Qeyd edək ki, müzakirələr Corc Şults adına Milli Xarici İşlər Təlim Mərkəzində keçirilir.

Leyla Kamil
Leqal.info