Leqal.info xəbər verir ki, Buriç səfəri çərçivəsində Gürcüstanın XİN rəhbəri İliya Darçiaşvili ilə görüşüb.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında qeyd olunub ki, tərəflər Aİ-Gürcüstan ikitərəfli əlaqələrinə, Gürcüstanda həyata keçirilən islahatlara, Rusiya-Ukrayna müharibəsi fonunda regional çağırışlara diqqət yetiriblər.
XİN başçısı İliya Darçiaşvili baş katib Buriçə Gürcüstanın demokratik islahatlarına göstərdiyi möhkəm dəstəyinə görə minnətdarlığını bildirib.
Leyla Kamil
Leqal.info