"Fransada zorakı cinayətlərə yol verilməməlidir, oradan gələn xəbərlər çox üzücüdür".

Leqal.info xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts ARD telekanalına müsahibəsində söyləyib.

Şolts eyni iğtişaşların Fransada olduğu kimi Almaniyada da təkrarlanacağına dair heç bir əlamət görmür.

Fransa dövlət başçısı Emmanuel Makronun Almaniyaya dövlət səfərini təxirə salmaq qərarı barədə Şolts vurğulayıb: "Fransa Prezidentinin ölkədə qalmaq qərarını indi anlayıram. Mən də eyni şeyi edərdim".

Leyla Kamil
Leqal.info