Kreml Çin Prezidenti Si Cinpinin Rusiya Prezidenti Vladimir Putini Ukraynada nüvə silahından istifadə etməməsi barədə şəxsən xəbərdar etdiyinə dair iddialara münasibət bildirib.

Leqal.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov həmin iddiaların uydurma olduğunu deyib.

"Si Cinpinin guya Putini Ukraynada nüvə silahından istifadə etməməsi barədə şəxsən xəbərdar etdiyi ilə bağlı iddialar uydurmadır", deyə Rusiya prezidentinin mətbuat katibi diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info