Rusiya Taxıl Sazişi ilə bağlı qərarını vaxtında açıqlayacaq.

Leqal.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə əsasən, hələlik bu qərarın açıqlanmasına vaxt var.

"Rusiya Federasiyasının ixracı ilə bağlı taxıl sövdələşməsi ilə bağlı razılaşmaların bir hissəsinin icra olunması üçün hələ vaxt var", - Peskov diqqətə çatdırıb.

Qeyd edək ki, sonuncu dəfə mayın 17-də İstanbulda aparılan danışıqlardan sonra 60 gün müddətinə uzadılan Taxıl Sazişinin müddəti iyulun 17-də başa çatır. Rəsmi Moskva Qərbi sazişin öhdəlikərini yerinə yetirməməkdə və BMT-ni buna göz yummaqda ittiham edərək taxıl sövdələşməsinin uzadılması üçün heç bir əsasın olmadığını açıqlayıb.

Elvin Mahmudlu
Leqal.info