Kreml Ərdoğan və Zelenski arasında aparılan danışıqları diqqətlə izləyir.

Leqal.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.

O, Ərdoğan-Zelenski danışıqlarında nəyin müzakirə olunacağını bilməyin maraqlı olduğunu vurğulayıb.

Kremlin sözçüsü Putinlə Türkiyə dövlət başçısı arasında görüş ehtimalını şərh edərkən diqqətə çatdırıb ki, yaxın gələcəkdə təmaslar istisna edilmir.

Elvin Mahmudlu
Leqal.info