Leqal.info xəbər verir ki, bunu Gürcüstanın XİN rəhbəri İliya Darçiaşvili "İmedi" telekanalına açıqlamasında bildirib. O, qeyd edib ki, Giorgi Zakaraşvili səfir kimi Gürcüstan XİN-də işləməyə davam edəcək.
"Gürcüstanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, diplomatlar yerlərdədir və biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik",- Darçiaşvili söyləyib.
XİN rəhbəri diqqətə çatdırıb ki, Ukraynanın Gürcüstan səfirini ölkədən çıxarması ədalətsiz qeyri-dostcasına və əsassız qərardır və praktikada belə bir addımın presedenti mövcud deyil.
Elvin Mahmudlu
Leqal.info