Gürcüstanda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb.

Leqal.info xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb. Bildirilib ki, hökumət başçıları təkbətək görüş zamanı iki ölkə arasındakı əlaqələri, eləcə də regionda və dünyada təhlükəsizlik mühitini nəzərdən keçiriblər.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Dinc Qonşuluq Təşəbbüsü çərçivəsində regionda sülhün inkişafı üçün Azərbaycan və Ermənistan arasında birbaşa səylərə davam etməyə hazır olduğunu ifadə edib.

Geniş tərkibli görüşdə isə tərəflərin iqtisadi sahədə yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçirdikləri qeyd olunub. Görüşdə Gürcüstan və Ermənistanın nazirlər kabinetlərinin üzvləri iştirak edib.

Elvin Mahmudlu
Leqal.info