ABŞ Prezidenti Co Bayden F-16 qırıcılarının Türkiyəyə satışını qeyd-şərtsiz dəstəkləyir.

Leqal.info CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan söyləyib. O, qeyd edib ki, Bayden administrasiyası senatın xarici əlaqələr komitəsinin sədri Bob Menendezlə təmasda olub və senatoru F-16 qırıcılarının Türkiyəyə satışına qoyulmuş qadağanı götürməyə çağırıb.

Sallivan vurğulayıb ki, Bayden bu istiqamətdə addım atılmasına açıq və birmənalı dəstək göstərib və konqreslə müzakirələrin irəliyə aparılması niyyətindədir.

Bayden, həmçinin NATO-nun Vilnüs sammiti öncəsi CNN-ə müsahibəsində qırıcıların Ankaraya satışını dəstəklədiyini bildirib və bunun NATO-nun hərbi imkanlarının artırılması hədəfinin tərkib hissəsi olduğunu işarə edib.

Leyla Kamil
Leqal.info