Avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir.

Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Türkiyə Avropa İttifaqı xəyallarına qapılmamalıdır: "Ankara çəhrayı eynək taxmamalıdır, avropalıların heç biri Türkiyəni Avropada görmək istəmir", deyə Kremlin sözçüsü qeyd edib.

Peskov Moskvanın fikir ayrılıqlarına rəğmən Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyib:

"Rusiya Federasiyası Türkiyənin NATO öhdəliklərinə sadiqliyini yaxşı başa düşür, ancaq mövcud fikir ayrılıqlarına baxmayaraq Rusiya, Türkiyə ilə münasibətləri hər iki ölkə üçün sərfəli olduğu yerdə inkişaf etdirmək niyyətindədir".

Elvin Mahmudlu
Leqal.info