Rusiya Federasiyasının Türkiyədəki seçkilərə hər hansı müdaxiləsindən söhbət gedə bilməz və bu cür şayiələri yayanlar yalançıdır.[/color

Leqal.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

Onun sözlərinə əsasən, Rusiya Federasiyası başqa ölkələrin daxili işlərinə və seçki proseslərinə qarışmır.

Kremlin sözçüsü, həmçinin Moskva-Ankara münasibətlərindən danışıb. Bildirib ki, Rusiya Federasiyası Türkiyə ilə münasibətləri yüksək qiymətləndirir. Peskovun sözlərinə görə, Ankara bir sıra regional və qlobal problemlərdə məsuliyyətli mövqe tutur.

Elvin Mahmudlu
Leqal.info