Almaniya xarici işlər naziri Annalena Berbok və Ukrayna xarici işlər naziri Dmitri Kuleba Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində görüşüblər.

Leqal.info xəbər verir ki, bu barədə Ukrayna XİN rəhbəri Kuleba "Twitter"də yazıb.

Onun sözlərinə əsasən, görüşdə sammitinin Avropa üçün nəticələri müzakirə olunub.

"Mən inteqrasiya aləti kimi NATO-Ukrayna Şurasının təsis edilməsi və MAP-ı (Üzvlük üzrə Fəaliyyət Planı) aradan qaldıraraq praktiki yardımın artırılmasını alqışladım. Ukraynanın NATO-ya dəvəti məsələsində əminliyin olmadığını da qeyd etdim. Biz bu boşluğu doldurmaq üçün müttəfiqlərlə işləməyə davam edirik", - Kuleba vurğulayıb.

Leyla Kamil
Leqal.info