Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynanın NATO-ya qoşulması ilə bağlı şərtlərdən danışıb.

Leqal.info xəbər verir ki, Ben Uolles Vilnüsdə NATO İctimai Forumunda panel müzakirələri zamanı bildirib ki, indiki vəziyyətdə - müharibənin davam etdiyi zamanda Ukraynanın Alyansa qoşulması mümkün görünmür.

“Biz NATO-ya münaqişə idxal edə bilmərik. Düşünürəm ki, bu başa düşülən şərtdir. Alyansda ortaq razılaşma var ki, Ukrayna NATO-ya qoşulacaq, ancaq əsas məsələ bunun “nə vaxt” olacağı ilə bağlıdır”, - nazir qeyd edib.

Müdafiə naziri vurğulayıb ki, NATO müttəfiqləri Ukraynanı hərbi cəhətdən dəstəkləyir.

“Ukrayna irəliləyir, torpaqlarını azad edir, Rusiyanı bədəl ödəməyə məcbur edir”, Uolles diqqətə çatdırıb.

Leyla Kamil
Leqal.info