Ukrayna əks-hücuma başlayıb, indi hələ ilk günlərdir. Biz bunun müharibədə dönüş nöqtəsi olacağını deyə bilmərik.

Leqal.info xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Alyansın müdafiə nazirlərinin iclasından əvvəl mətbuat konfransında bildirib.

“Biz görürük ki, ukraynalılar irəliləyir və daha çox torpaq azad edirlər. Biz anlayırıq ki, Ukraynanın döyüş meydanında qazandıqları onu masada daha güclü edəcək. Ukraynalılar daha çox torpaq azad etdikcə, Prezident Putin başa düşəcək ki, o, Ukraynada qalib gələ bilməyəcək və ədalətli sülh üçün danışıqlara başlamalıdır. Bu irəliləyiş Ukrayna hərbi qüvvələrinin cəsarətinin, gücünün sübutudur. Bu, həmçinin NATO müttəfiqlərinin verdiyi dəstəyin döyüş meydanında real fərq yaratdığını göstərir”, - Baş katib vurğulayıb.

Leyla Kamil
Leqal.info