Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olub.

Leqal.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Görüş əsnasında NATO-nun Vilnüs sammitində alınan qərarlar ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.

Qeyd edək ki, görüş Cakartada keçirilən ASEAN ölkələrinin toplantısı çərçivəsində baş tutub.

Leyla Kamil
Leqal.info