Leqal.info xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan ABC telekanalına müsahibəsində bildirib.
"Biz kommünikedə demişdik ki, Ukraynanın gələcəyi NATO-dadır, nöqtə. Heç kimlə heç bir yoxlama və ya danışıqlar aparılmır. Bu olacaq", - o vurğulayıb.
Həmçinin Sallivan bildirib ki, Ukrayna NATO-ya qoşulmaq istəyən hər bir ölkə kimi, Şimali Atlantika Alyansının “standartlarına cavab vermək üçün demokratik islahatlar aparmalıdır” və Kiyev hələ də “bir çox islahatlar aparmalıdır”.
Leyla Kamil
Leqal.info