Ukrayna “Taxıl sazişi” çərçivəsində təşkil edilən dəhlizlərdən hərbi məqsədlər üçün istifadə edib.

Leqal.info xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Kiyev iyulun 17-də Krım körpüsünə hücum etmək üçün bu dəhlizlərdən istifadə edibmi sualını cavablandıran Kreml sözçüsü bu barədə konkret heç nə deməyəcəyini diqqətə çatdırıb: "Lakin bilirsiniz ki, bizim hərbçilər dəfələrlə Ukraynanın taxıl dəhlizlərindən hərbi məqsədlər üçün istifadə etdiyini açıqlayıblar".

Elvin Mahmudlu
Leqal.info