Leqal.info xəbər verir ki, bu barədə Ukrayna xarici işlər nazirinin müavini "Twitter"də yazıb.
“Azərbaycan Respublikasının Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşdən məmnun oldum. Biz Krım Platforması Sammitinə hazırlıq və Sülh Formulunu müzakirə etdik. Biz ədalətli və davamlı sülhün bərpasına istiqamətlənmiş təşəbbüslərimizdə Azərbaycanın dəstəyinə güvənirik”, - Ukrayna XİN rəsmisi vurğulayıb.
Leyla Kamil
Leqal.info