ABŞ kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün Ukraynaya daha 250 milyon dollar ayırmağa qərar verib.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.

“Əlavə 250 milyon dollarla USAID Ukraynada suvarma sistemləri, taxıl elevatorları, yük daşıma məntəqələri, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunu genişləndirməyə davam edəcək”, - sənəddə əks olunub.

Qeyd olunub ki, bu vəsait, eyni zamanda kiçik və orta biznesin dəstəklənməsinə istiqmətləndiriləcək.

Leyla Kamil
Leqal.info